“Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti Türkiyə üçün çox önəmlidir”.
Apa-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
O, qeyd edib ki, buna başda Türkiyə və Ermənistan olmaqla, tərəflərin səmini və konstruktiv səyləri nəticəsində nail olmaq mümkündür.
Bundan əlavə qeyd olunub ki, Türkiyə Yunanıstanı Egey və Aralıq dənizlərində dialoqa, əməkdaşlığa, ölkənin haqq və maraqlarına hörmətlə yanaşmağa çağırır.