Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini ölkəsinə səfərə dəvət edib.
Qaziler.az xəbər verir ki, bu barədə R.T.Ərdoğan mediaya açıqlamasında deyib.
Türkiyə lideri bildirib ki, rusiyalı həmkarından cavab gözləyir.
“Putinkə təkbətək görüşmək, bəzi addımlar atmaq istəyirik. Arzumuz böhranı (Ukrayna məsələsi-red) dialoq və diplomatiya yolu ilə həll etməkdir”, - Ərdoğan qeyd edib.