Sarkisyan istefasından əvvəl Paşinyana zəng edib

Sarkisyan istefasından əvvəl Paşinyana zəng edib backend

Ermənistan Prezidenti Armen Sarkisyan istefasından cəmi 3 saat əvvəl Baş nazir Nikol Paşinyana zəng edib.

APA-nın xəbərinə görə, bu barədə Paşinyan onlayn mətbuat konfransında bildirib.

Paşinyan əlavə edib ki, o, Sarkisyandan bunun son qərar olub-olmadığını soruşub: “Mən məsələni müzakirəyə çıxarmağa cəhd etdim. O isə bildirdi ki, artıq qərarını verib”.

Baş nazir əlavə edib ki, dövlət başçısının Konstitusiya ilə bağlı fikirlərini şərh etmək niyyətində deyil. Çünki özü bu posta gəldikdən bəri Əsas qanunda prezidentin səlahiyyətlərinə dəyişiklik edilməyib.

Baş nazir həmçinin prezidentin istefasına dair rəylərə də münasibət bildirməyi lüzumsuz hesab edib.

Diaspora