“Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır” - Paşinyan

“Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır” -  Paşinyan backend

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Bakı ilə sülh müqaviləsi imzalanmalıdır. Lakin bu sənəd əvvəlcə danışıqlar prosesində işlənib hazırlanmalıdır.

Bu fikirləri hökumət başçısı özünün “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransı zamanı səsləndirib.

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı çox danışılır. Bəli, imzalanmalıdır. Amma əvvəlcə bu sənəd rəsmiləşdirilməlidir və bu, danışıqların nəticəsində mümkündür. Ermənistan bu danışıqlarlara hazırdır və biz bunu dəfələrlə bəyan etmişik”, -deyə Paşinyan bildirib.

Mənbə: TASS

Diaspora