Avropanın enerji komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Azərbaycana səfər edəcək. O, Azərbaycanda və ABŞ-da bu mövzuda keçiriləcək konfranslarda iştirak edəcək.
Qaziler.az Report-a istinadən xəbər verir ki, bu barədə Avropanın enerji komissarı Kadri Simson Fransada qitə ölkələrinin enerji nazirləri ilə görüşdən sonra bildirib.
"AB-də qaz anbarlarının səviyyəsi həmişəki həcmdən əhəmiyyətli dərəcədə aşağıdır", - o deyib.
Qeyd edilir ki, Avropa Birliyi tərəfdaşları ilə qaz tədarükünün artırılması potensialı barədə danışıqlar aparır. Rusiyadan nəql edilən qazın qıtlığı ilə bağlı Avropada qaz təchizatı böhranı enerji qiymətlərinin artmasına səbəb olub.