Ankara-İrəvan danışıqları Bakıda davam etdirilə bilər, amma...

Ankara-İrəvan danışıqları Bakıda davam etdirilə bilər, amma... backend

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyə-Ermənistan danışıqlarının 1-ci raundu ilə bağlı deyib ki, ilk görüşün Moskvada keçirilməsi hər üç tərəfin razılığı ilə olub və növbəti raundlar başqa yerlərdə, yaxud İrəvanda və ya Ankarada ola bilər. Bu görüşlər Bakıda, yaxud Tiflisdə mümkündürmü? Ümumiyyətlə, görüş yerinin nəticələr baxımından nə dərəcədə əhəmiyyəti var?

Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Biz istəyirik ki, Türkiyə-Ermənistan danışıqları bundan sonra Türkiyədə və Ermənistanda keçirilsin. Üçüncü ölkəyə ehtiyac yoxdur”.

YAP-çı deputat Ceyhun Məmmədov görüşlər üçün Bakı və Tiflisin nəzərdən keçirilməsini mümkün sayır: “Öncəliklə qeyd etmək lazımdır ki, danışıqların aparılması çox önəmlidir. Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ümumi olaraq bölgədə gedən proseslərə öz müsbət təsirini göstərə bilər. Daha məqsədəuyğunu da odur ki, görüşlər qardaş ölkədə keçirilsin. Ermənistanda da mümkündür. Düşünürəm ki, bu da münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər. Bakıya gəldikdə isə, düşünürəm ki, paytaxtımızın nəzərdən keçirilməsi mümkündür, amma Ermənistan daxilində bu, narazılıq yarada bilər. Azərbaycan bu görüşləri təşkil etməyə hazırdır. Bu münasibətlərin normallaşması üçün də xüsusi önəm daşıyardı. Burada Ermənistanın üzərinə çox ciddi vəzifələr düşür. Görüşlərin elə hər iki ölkədə təşkil olunması daha normal olardı.

Cəbrayılda erməni kilsəsi olubmu? - Ceyhun Məmmədov - Yeni Gəncə

Ceyhun Məmmədov: “Paytaxtımızın nəzərdən keçirilməsi mümkündür”

Münasibətlərin sürətlə normallaşmasına da bu töhfələr verə bilər. Əlaqələrin yaradılması olduqca vacibdir. Etiraf etmək lazımdır ki, Ermənistan daxilində xəstə təxəyyüllə bu məsələyə yanaşanlar var. Revanşist çağırışlar edilir. Həmin qüvvələr düşünməlidirlər ki, bu cür mövqelər münasibətlərin düzəlməsinə maneələr yaradır. Ermənistan bir də onu anlamalıdır ki, hazırkı dünyada qalmaq, öz mövcudluğunu qorumaq istəyirsə, qonşuları ilə münasibətləri normallaşdırmalıdır. Türkiyə və Azərbaycanla düşmənçilik o ölkəni yalnız uçuruma aparır”.  

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov: “İrəvan Ankara ilə Bakıda danışarsa...”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov görüşün Bakıda keçirilməsinin Azərbaycan üçün önəmindən danışdı: “Bəlkə də rəsmi Bakı belə bir görüşün Bakıda keçirilməsində maraqlı ola bilər. Çünki bu zaman detallardan daha dəqiq məlumat sahibi ola bilər. Türkiyə isə buna razı olsa, bu həm də bir daha Ermənistana mesaj olar ki, Azərbaycan onun strateji müttəfiqi və qardaşıdır. Tiflislə bağlı onu deyə bilərəm ki, Rusiyada başlayan prosesin burada davam etməsi Gürcüstanın da xarici siyasətində dəyişməni göstərər. Görüşlərin ”səyahət" etməsi Ukrayna olaylarından sonra yeni konfiqurasiya axtarışlarıdır. Amerika və Avropa arasında ciddi fikir ayrılıqları regionda fərqli hərəkətliliklərə səbəb olub. Burada xüsusi qeyd edim ki, bütün konfiqurasiyalar üzərində əslində sınaq gedir. Çünki maraqlı, çox ziddiyyətli proseslər gedir, Rusiya-İran danışıqları, Türkiyə-İsrail dialoquna meyllər, Türkiyə-Ermənistan danışıqları, Türkiyə-Ukrayna, Azərbaycan-Ukrayna danışıqları və s. Bu ona bənzəyir ki, sanki bazarda malları və xidmətləri yoxlayırsan, sonda ən uyğununu seçirsən. Qazaxıstan olayları, Qərbin daxilində problemlər, bir daha onu deməyə əsas verir ki, “geosiyasi oyun”da yeni şərtlər meydana gəlib. İrəvan Ankara ilə Bakıda danışarsa bizim üçün o yaxşı olar ki, mahiyyəti yerindəcə bilək. Azərbaycan artıq beynəlxalq əlaqələndiricidir. Baxın, Amerika Yəhudi Təşkilatı bura gəlir, sonra Türkiyə-İsrail dialoqu haqqında xəbərlər yayılır. Azərbaycan ən qaynar həftədə Ukrayna ilə təmasa girir. Ümumən isə hələ geosiyasi sular tam bulanlıqdır. Burada kəsə bir söz demək çətindir".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Ən optimal variant görüşlərin...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ən optimal variantı irəli sürdü: “Türkiyə və Ermənistanın ilk təmasından sonra aydındır ki, növbəti təmaslar artıq Moskvada keçirilə bilməz. Əks halda belə çıxar ki, Türkiyə və Ermənistan Rusiyadan o qədər asılıdır ki, başqa yeri görüş məkanı kimi seçə bilmirlər. Ən optimal variant görüşlərin növbə ilə qardaş ölkədə və Ermənistanda keçirilməlidir. Türkiyə tərəfi, özəlliklə Mövlud Çavuşoğlu da bunu təklif edib. Üçüncü məkan kimi Tiflis yaxud Avropa ölkələri olsun, bu isə o demək olacaq ki, danışıqlarda real nəticə yoxdur ki, üçüncü ölkə seçirlər. Əks tərəfdə keçirilərsə, bəlkə hansısa məsələlərdə nəticələr əldə etmək olar. Bu Azərbaycanın da maraqlarına cavab verir. Təsadüfi deyil ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da bu istiqamətdə açıqlama verib ki, bu dialoq ölkəmizin lehinədir, amma bir şərtlə Ermənistan şərtləri qəbul etməli, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı, bu iki qardaş ölkəyə qarşı ərazi iddialarından vaz keçməlidir. Bu halda əlbəttə dialoq rəsmi Bakının da xeyrinədir. Əgər istəsələr, görüş yeri kimi Azərbaycan paytaxtının seçilməsinə etiraz etməz. Amma Ermənistan tərəfi buna razı olmaz. Çünki ermənilər o zaman belə qələmə verəcəklər ki, iki tərəflə danışıqlar aparırlar. Bu baxımdan hesab edirəm ki, optimal variant kimi görüşlər növbəli şəkildə tərəflərin paytaxtlarında keçirilməlidir”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Qeyd olunan məsələdə Bakı tərəfdir”

Siyasi yazar Kənan Rövşənoğlu bunu mümkünsüz hesab edir: “Münaqişə tərəfi olaraq bu cür görüşün bizdə keçirilməsi mümkün deyil. Bu cür praktika adətən olmur. Çünki danışıqlar bir qayda olaraq neytral ərazidə keçirilir ki, tərəflərdən birinə təzyiq və ya narahatlıq olmasın. Qeyd olunan məsələdə Bakı tərəfdir. Ermənistan nümayəndəsi Türkiyə ilə barışıq və normallaşma danışıqlarını Azərbaycan paytaxtında aparması real deyil. Növbəlilik prinsipi ilə görüşlərin Ankara və İrəvanda keçirilməsi daha realdır”.


“Yeni Müsavat”

Diaspora