"Şuşanın alınması əzilən xalqlar üçün inam simvoludur" - Zahid Oruc - VİDEO

"Şuşanın alınması əzilən xalqlar üçün inam simvoludur" -  Zahid Oruc - VİDEO backend

“8 Noyabr həm də Ermənistanın məğlubiyyət günüdür. Lakin təkcə dövlət və ordu deyil, erməni genetikası və tarixi şüuru da məğlub olub”.

Qaziler.az xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin komitə sədri Zahid Oruc “Zefer.az” saytının təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilər təkcə torpaq itirməyiblər.

“Ermənistanın 30 ildə qurduqları təqvimlər, keçirdikləri paradlar, təntənəli dövlət və ictimai törənlər, dərslik və əsatirlər, orden və medallar da iflasa uğradı. Ermənilər torpaq deyil, ideallarını itirdilər. Ona görə də parlaq zəfərimizdən danışarkən düşmənin təkcə bugününü deyil, həm də 100 illik keçmişini yenidən dərk etməsi və düzgün nəticələr çıxarması, gələcəyini fərqli yaşaması da millətimizin aktivinə yazıla bilər”.

Ətraflı videoda:

Diaspora