Macarıstan mediasında Azərbaycan barədə məqalə dərc edilib

Macarıstan mediasında Azərbaycan barədə məqalə dərc edilib backend

Macarıstanın https://dailynewshungary.com xəbər portalında "Macar gözü ilə Ermənistan–Azərbaycan müharibəsi" sərlövhəli məqalə yerləşdirilib.

 

Məqaləni Diasporla İş üzrə Dövlət Komitəsinin “Diaspor gəncləri 1+1” layihəsinin Macarıstandan qatılmış iştirakçısı Andraş Baloq yazıb. Müəllif qeyd edib ki, Qərb mətbuatında tez-tez Qarabağ münaqişəsini xristian-müsəlman müharibəsi kimi qələmə verirlər. “Lakin bu, tamamilə həqiqətə uyğun deyil. Beynəlxalq səviyyədə Qarabağ Azərbaycan ərazisi olaraq tanınıb”, - deyə nəzərə çatdırılıb.

 

Məqalədə Ermənistanın Qarabağı işğal etməsi, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsi, azad olunmuş torpaqlarda aparılan yenidənqurma və abadlıq işləri, Füzuli hava limanının qısa müddət ərzində tikilib təhvil verilməsi, Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq əlaqələri, rəsmi Budapeştin müharibə dönəmində Azərbaycanı dəstəkləməsi, 2019-cu ildən Macarıstan paytaxtında Azərbaycan Evinin açılması və sair barədə məlumat verilib.  

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

https://dailynewshungary.com/the-azerbaijani-armenian-war-through-a-hungarian-eye-photo-gallery/
 

Diaspora