Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekresin qanunsuz olaraq Qarabağa gəlməsinə görə səsləndirdiyi fikirləri şərh etməkdən imtina edib.
Qaziler.az Yenipress.az-a istinadla xəbər verir ki, erməni jurnalistin bu istiqamətdə təxribatçı sualına M.Zaxarova belə cavab verib:
“Azərbaycan-Fransa münasibətlərinə Bakı və Paris nümayəndələri cavab verə bilər”.
O bildirib ki, Moskva o ərazilərə (Qarabağın rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsinə - red.) ziyarətin baza yanaşmalarına sadiqdir:
“Rus sülhməramlıları 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq Laçın dəhlizinə nəzarət edir. Bəyanatın 6-cı bəndinə görə, Laçın dəhlizi rus sülhməramlılarının nəzarətindədir. Azərbaycan Laçın dəhlizi ilə təhlükəsiz hərəkətə zəmanət verir”.