Paşinyan KTMT-ni sərhədə niyə “çağırmadığını” açıqladı

Paşinyan KTMT-ni sərhədə niyə “çağırmadığını” açıqladı backend

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə ötən ilin may və noyabr aylarında baş verən gərginlikdən sonra İrəvanın KTMT-yə niyə müraciət etmədiyini açıqlayıb.

Qaziler.az Axar.az-a istinadla xəbər verir ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşdiyi dövrdə İrəvanın KTMT-yə müraciət etməməsi ilə bağlı tənqidlərə cavab olaraq Paşinyan bildirib ki, KTMT nizamnaməsində təşkilatın ilk növbədə siyasi-diplomatik üsullarla fəaliyyət göstərdiyi göstərilir, KTMT isə ordu deyil.

O, həmçinin bəyan edib ki, Qazaxıstanda tarixdə ilk dəfə istifadə edilən KTMT-nin sürətli cavab mexanizmlərindən istifadə Ermənistan üçün də faydalıdır:

“KTMT tarixində ilk dəfə olaraq təşkilatın çevik reaksiya mexanizmi tətbiq edilib. Bu, Ermənistan üçün yaxşıdır, ya yox? Bəli, yaxşıdır”.

Qeyd edək ki, Paşinyan və hökuməti istər 44 günlük Qarabağ müharibəsində, istərsə də müharibədən sonra sərhəddəki gərginliklər zamanı dəfələrlə KTMT-yə rəsmi və qeyri-rəsmi formada müraciətlər edib, lakin hər səfərində mənfi cavab alıb.

Diaspora