“Mən Vahan Kerobyana istefa verməyi yasaqlamışam”.
“Report”un xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı söyləyib.
“Yalnız mən hansı nazirin nə qədər işləyəcəyinə qərar verəcəyəm”, - hökumət başçısı vurğulayıb.
Qeyd edək ki, Ermənistanın iqtisadiyyat naziri V.Kerobyan bildirib ki, iqtisadiyyatın ikiqat artımı proqnozu özünü doğrultmasa, vəzifəsindən istefa verəcək. Daha sonra o, bu sözlərini “zarafat” adlandırıb.