Əli Əsədov Tokayevin yeni təyin etdiyi Baş nazirlə danışdı

Əli Əsədov Tokayevin yeni təyin etdiyi Baş nazirlə danışdı backend

Azərbaycanın Baş naziri Əli Əsədovla Qazaxıstanın Baş naziri Əlixan Smailov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə “Zakon” məlumat yayıb.

Bildirilib ki, Əli Əsədov qazaxıstanlı həmkarını təbrik edərək onu Azərbaycana səfərə dəvət edib.

Azərbaycanın Baş naziri Qazaxıstan xalqının çətin dönəmində öz dəstəyini bildirib. O, Qazaxıstanla iqtisadi-ticarət əlaqələrini genişləndirmək və dərinləşdirmək istədiklərini qeyd edib.

Qeyd edək ki, Ə.Smailov yanvarın 11-də Qazaxıstanın Baş naziri təyin olunub.

Diaspora