"Nargin adasında əsir düşərgəsində həyat mübarizəsi aparan türk əsgərlər Azərbaycan türklərinin köməyi sayəsində sağ qala bildilər".
Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Sarıqamış döyüşünün 107-ci ildönümünə həsr olunan mərasimdə çıxışı zamanı deyib.
"Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz Cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyat mübarizəsi aparan əsgərlər Azərbaycan türklərinin köməyi sayəsində sağ qala, həyata tutuna bildilər. Tarixi prosesdəki fəlakətləri, çətinlikləri azərbaycanlı qardaşlarımızla birlikdə yaşadığımız kimi, bundan sonra da "iki dövlət, bir millət" anlayışı ilə kədərdə, sevincdə bərabər, birlikdə olmağa davam edəcəyik", - Akar qeyd edib.