“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”.
“Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub.
“Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həlak olanlara başsağlığı verir, yaralılara şəfa diləyirik”, - bəyanatda bildirilib.