Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Qazaxıstanda davam edən kütləvi etiraz aksiyalarına münasibət bildirib.
"Hazırda baş verənlərlə bağlı Qazaxıstana kənardan müdaxilə edilməməsi çox vacibdir. Biz əminik ki, qazax dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər”, - deyə Vladimir Putinin sözçüsü vurğulayıb.
O, həmçinin Qazaxıstanın ölkədə baş verənlərlə bağlı Rusiyadan kömək istəmədiyini bildirib.
Xatırladaq ki, Qazaxıstanda yanvar ayının 2-dən etibarən maye qazın bahalaşmasına görə başlayan etirazlar səngimək bilmir.