Prezident İlham Əliyev: “Ermənistan ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirib“

Prezident İlham Əliyev: “Ermənistan ölkəmizə qarşı 30-dan çox terror aktı həyata keçirib“ backend

"Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib". Yanvarın 23-də Davosda dünyanın iqtisadi liderlərinin qeyri-formal toplantısı keçirilib. QAZİLƏR.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyev “Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada iştirak edib.

Dövlət başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunub, terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Prezident İlham Əliyev Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini bildirərək Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu vurğulayıb.
Dövlət başçısı onu da bildirib ki, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və antiterror koalisiyasının fəal üzvlərindən olub.
Qeyd edək ki, yanvarın 23-də prezident İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başa çatıb.
Diaspora