Moldova GUAM-a sədrliyə başlayıb

Moldova GUAM-a sədrliyə başlayıb backend

Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilata – GUAM-a sədrliyə başlayıb.

Qaziler.az Report.az-a istinadla xəbər verir ki, Moldova regional təşkilata sədrliyi Gürcüstandan təhvil alıb.

Bir illik sədrlik dövründə Moldova GUAM-ın dayanıqlı fəaliyyət tempini təmin etmək üçün ortamüddətli və uzunmüddətli perspektivdə inkişafına xüsusi diqqət ayıracaq.

Moldova bu il GUAM Parlament Assambleyasına da sədrlik edəcək.

Qeyd edək ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın təmsil olunduğu təşkilat 1997-ci ildə yaradılıb. Bu il GUAM-ın 25 illiyi tamam olacaq.

loading...
Diaspora