Ceyhun Bayramovla Lavrov Azərbaycan və Ermənistan ziyalılarının görüşünü müzakirə edib

Ceyhun Bayramovla Lavrov Azərbaycan və Ermənistan ziyalılarının görüşünü müzakirə edib backend

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən xəbərə görə, nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən "3+3" məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Telefon danışığı zamanı nazirlər yeni il münasibətilə təbriklərini bölüşüblər.

Diaspora