Rusiya bu iki ölkə arasında vasitəçiliyə hazırdır

Rusiya bu iki ölkə arasında vasitəçiliyə hazırdır backend

"Rusiya Türkiyə ilə Ermənistan arasında münasibətlərin yoluna qoyulması üçün vasitəçilik etməyə hazırdır".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin həlli regiondakı ümumi ab-havanı sağlamlaşdırmaq, qarşılıqlı etimad və mehriban qonşuluq iqliminin bərqərar olmasına təkan verər: “Fikrimizcə, hər iki tərəfin xüsusi nümayəndə təyin etməsi münasibətləri yoluna qoymaq üçün qarşılıqlı meylin inkişafı üçün məntiqi addımdır”.

Diaspora