Rusiya, Azərbaycan və Ermənistan birgə işçi qrupu birgə infrastruktur layihələrinin reallaşdırılmasının detallarını razılaşdırmağı başa çatdırmaq üzrədir.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
O qeyd edib ki, Rusiya tərəfi bununla bağlı qərarların yalnız Bakı ilə İrəvan arasında konsensus əldə ediləcəyi təqdirdə dayanıqlı ola biləcəyi qənaətindədir:
“Ona görə də biz Azərbaycan və Ermənistanın mənafelərinin bir zərf çərçivəsində təmin olunmasına tərəfdarıq”.
Rusiya rəsmisi vurğulayıb ki, bu mexanizm çərçivəsində Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat bağlantılarının, o cümlədən dəmir və avtomobil yollarının açılmasına dair bütün məsələlər nəzərdə tutulur.