"Repatriasiya ideologiya və vətənpərvərlik kimi amillər bütün diaspor erməniləri üçün çox arzuolunan bir şeydir".
Ordu.az xəbər verir ki, bunu "California Courier" qəzetinin naşiri və baş redaktoru Harut Sasunyan deyib.
Sasunyanın sözlərinə görə, bu arzunun gerçəkləşməsi üçün praktik addımlar atmaq lazımdır.
"Xatırlayıram, 1-2 il əvvəl Baş nazir bildirdi ki, Ermənistanın 2050-ci ildə 5 milyon əhaliyə malik olması üçün plan hazırlayır. Lakin təəssüf, görürük ki, bu ilin 11 ayında 100-120 min vətəndaş Rusiyaya mühacirət edib. Belə davam edərsə, 2050-ci ildə nəinki 5 milyonumuz olmayacaq, hətta indi sahib olduğumuzu da itirəcəyik", - deyə o bildirib.
Erməni baş redaktor qeyd edib ki, Ermənistan Baş naziri 2050-ci ildə ölkənin 5 milyon əhaliyə malik olmalı olduğunu desə belə, bu, sadəcə olaraq deməklə mümkün olan şey deyil.
"Biri də deyə bilər ki, 10 milyon, 50 milyon əhaliyə sahib olacağıq. Bunun heç bir mənası yoxdur. Baş nazir doğrudan da Ermənistanda 5 milyon erməninin olmasını istəyirsə, mütəxəssislər və müşavirlərlə oturub həmin məqsədə çatmaq üçün hansı addımların və proqramların atılmasını müzakirə etməlidir", - deyə Sasunyan bildirib.