Bakının qaytardığı mayoru İrəvan həbs etdi

Bakının qaytardığı mayoru İrəvan həbs etdi backend

Azərbaycanın azad edərək, geri qaytardığı erməni mayor Narek Yeremyan barəsində prokurorluğun təqdimatı ilə İrəvan Apellyasiya Məhkəməsi 2 aylıq həbs qərarı verib.

Qaziler.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə erməni mediasına açıqlamasında N.Yeremyanın vəkili Karmen Poqosyan deyib.

İlkin məhkəmə instansiyasında batalyon komandirinin müavini, mayor N.Yeremyanın həmsi ilə bağlı prokurorun iddiası təmin edilməmişdi.

N.Yeremyan hərbi xidmət qaydalarının pozulmasında günahlandırılır. O özü ittihamı qəbul edib.

Qeyd edək ki, N.Yeremyan Azərbaycan Ordusunun 16 noyabrda sərhəddəki toqquşmalarda əsir götürdüyü zabitlərdən biri idi.

loading...
Diaspora