"Ər-Riyad və İslamabad Ermənistanla diplomatik münasibətlər qurmaq istəyirlərsə..."

"Ər-Riyad və İslamabad Ermənistanla diplomatik münasibətlər qurmaq istəyirlərsə..." backend

Ermənistan prezidenti Armen Sərkisyan İkinci Qarabağ müharibəsindən sonra bir ara baş nazir Nikol Paşinyanın problemlərini artırmağa çalışdı.

Doğrudur, Ermənistan prezidenti müxalifətlə birləşib Paşinyanla açıq savaşa başlamadı, ancaq hər dəfəsində hökumətin “nə etməli olduğunu” vurğuladı. Əslində Nikol Paşinyan prezidentin iki böyük istəyinə müsbət cavab verdi. Armen Sərkisyan deyirdi ki, müharibədən sonra parlament seçkisinə ehtiyac var. Paşinyan seçki keçirib mövqelərini gücləndirdi. Armen Sərkisyan deyirdi ki, hazırki Konstitusuyada boşluqlar var, o cümlədən prezidentin səlahiyyətləri yenidən artırılmalıdır. Paşinyan Konstutisyanın dəyişdirilməsi məqsədilə komissiyanın yaradılmasına qərar verib. 

Ermənistan prezidenti xarici siyasətdə də fəallığını artırıb. Onun qəfil Səudiyyə Ərəbistanına səfəri Azərbaycanda müəyyən suallar doğurdu. Çünki, Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik münasibətlər qurmayıb və buna görə də iki ölkə arasında heç zaman rəsmi səviyyədə təmas olmayıb. 30 ildən sonra ilk dəfə Ermənistan prezidenti Səudiyyə Ərəbistanına dəvət olundu. İrəvan açıq-aşkar ərəb dünyasının liderlərindən biri Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmaq istəyir. Bu azmış kimi Armen Sərkisyan ölkəsinin Pakistanla da münasibətlər yaratmasına çalışır. Armen Sərkisyan ərəb nəşrlərindən birinə verdiyi müsahibədə deyib ki, əgər Səudiyyə Ərəbistanı İrəvanla təmaslara başlayıbsa, eyni addımı Pakistandan da gözləyirlər. Armen Sərkisyan Ermənistanın Hindistanla yaxşı münasibətlərinə rəğmən, Pakistanla da əlaqə qurmaq istədiyini dilə gətirib.  

 

Sərkisyanın məntiqi sadədir: Səudiyyə Ərəbistanı və Pakistan Azərbaycan torpaqlarının işğalına görə zamanında Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etmişdilər. Ancaq Azərbaycan İkinci Qarabağ müharibəsində torpaqlarını azad edib və deməli Ər-Riyad və İslamabad üçün Ermənistanla diplomatik münasibətlər qurmaq üçün maneə ortadan qaldırılıb. Digər tərəfdən İrəvanın başqa bir arqumenti odur ki, əgər Azərbaycanın əsas strateji müttəfiqi Ankara İrəvanla təmaslara başlamağa qərar veribsə, Ər-Riyad və İslamabad niyə eyni addımı atmasınlar?

 

Azərbaycan prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin Ermənistanla bağlı qərar verməkdə sərbəst olduğunu ifadə etmişdi. Eyni sözlər Səudiyyə Ərəbistanı ilə Pakistana aiddir. Hər iki dövlət Azərbaycanla strateji əlaqələrə malikdirlər. Ancaq əgər bu iki ölkə Ermənistanla diplomatik münasibətlər qurmaq və İrəvanla rəsmi təmaslara baş vurmaq istəyirlərsə, onların bu seçiminə hörmətlə yanaşılmalıdır. Əsas odur ki, Pakistan və Səudiyyə Ərəbistanı Azərbaycanla əvvəlki strateji əlaqələrini davam etdirsinlər.

 

Elxan Şahinoğlu

moderator.az

loading...
Diaspora