“Vikipediya”da Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb

“Vikipediya”da Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb backend

Vikipediya Elektron Ensiklopediyasında  Azərbaycanın Milli Qəhrəmanı, Qarabağda şəhid olan qadın jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yaradılmış bölmədə Salatın Əsgərovanın həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, o, Azərbaycan Neft və Kimya Institutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirsə də, jurnalistikaya həvəs göstərib. 1984-cü ildə “Bakı”, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetlərində işləməyə başlayıb. Məqalələrində əsasən Azərbaycanın ərazi bütövlüyünün qorunmasından  bəhs edib. Vaxtaşırı Qarabağa gedərək, münaqişə bölgəsindən operativ materiallar hazırlayıb. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında ermənilər tərəfindən amansızlıqla qətlə yetirilib.  

Salatın Əsgərova haqqında özbək dilində bölmə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://uz.wikipedia.org/wiki/Salatin_Askerova

loading...
Diaspora