İordaniyanın Kralı II Abdullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qaziler.az xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Zati-alinizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edəsiniz".