"Bu fərman Vətənə xidmət edən insanlara diqqət və qayğının bariz nümunəsidir" - Asəf Əliyev

"Bu fərman  Vətənə xidmət edən insanlara diqqət və qayğının bariz nümunəsidir" -  Asəf Əliyev backend

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə veriləcək.

Qaziler.az bildirir ki, bununla bağlı "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev saytımıza bunları söyləyib: : ""Qanpulu", yəni hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə bağlı 2007-ci ildən bəri problem var idi. Dövlət başçısı ilham Əliyevin bu gün imzaladığı fərmanla 1997-ci il iyulun 2-nə qədər yaralanıb, əlillik dərəcəsi almış bütün şəxslərə birdəfəlik ödəmə veriləcək. Bütün bunlara görə Cənab prezidentə təşəkkürümüzü bildiririk. Əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Milli Məclisin sosial siyasət komissiyasının bununla bağlı təşkil etdiyi müzakirələrdə "Qarabağ qaziləri" birliyi də neçə vaxtdır ki, iştirak edirdi. Biz bu məsələnin həll olunacağını gözləyirdik. Prezidentin bu gün sözügedən fərmanı imzalaması bizi çox sevindirdi. Təxminən 17-20 min nəfər Qarabağ müharibəsi qazisi bu fərmandan yararlanacaq. Birdəfəlik ödəmə Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə - yəni 17-20 min ailəyə çox böyük dəstəkdir. Əgər nəzərə alsaq ki, həmin ailələrdə orta hesabla 5 ailə üzvü o zaman görərik ki, bu Fərman 100 minədək insanın rifahına birbaşa böyük dəstəkdir. 2019-ci ildə şəhid ailələrinə birdəfəlik ödəmələr olmuşdu, bu günkü fərman isə onun davamıdır".

Buna görə cənab Prezidentə dərin minnətdarlığını bildirən birlik sədri onu da qeyd edib ki, bu, dövlət başçısının şəhid ailələri, qazilər və döyüşçülərlə bağlı ilk fərmanı deyil: "Dəfələrlə bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün cənab Prezident fərman imzalayıb. 44 günlük müharibə və ondan sonrakı dövrdə də dövlət başçımız bu məsələni diqqətdə saxlayıb, bu kateqoriyadan olan insanlara həmişə diqqət və qayğı göstərib. Bu gün imzalanmış fərman Vətənə, Dövlətə xidmət edən insanlara ölkə başçısının diqqət və qayğısının bariz nümunəsidir.". 

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Bunun üçün dövlət büdcəsindən ilkin olaraq 50 milyon manat vəsait ayrılıb.

Birdəfəlik ödəmələrin məbləği aşağıdakı kimidir:

1.1. I dərəcə əlilliyə görə – 8 800 manat;

1.2. II dərəcə əlilliyə görə – 6 600 manat;

1.3. III dərəcə əlilliyə görə – 4 400 manat;

Diaspora