"Hələ də Ermənistanda revanş arzusunda olanlar, xam xəyallarla yaşayanlar var".
Qaziler.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidentinin bölgədə dayanıqlı sülhün bərqərar edilməsi uğrunda apardığı gərgin mübarizə də dünyada rəğbətlə qarşılanır: "Dövlətimizin başçısının bu günlərdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində Belçika Krallığının paytaxtı Brüsseldə keçirdiyi görüşlər onun sülh təşəbbüslərinin Avropa məkanında qəbul edildiyini, üstəlik, ermənilərin inzibati mövcudluğunu çoxdan itirmiş ərazinin “statusu” barədə ümidlərinin tamamilə puça çıxdığını bir daha təsdiqlədi".