Dekabrın 28-də MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.
Qaziler.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Rusiyadakı səfiri Ermek Koşerbayev deyib.
Onun sözlərinə görə, Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək.
Bu informasiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın ilin sonuna kimi Rusiyada görüşəcəyinə dair məlumatlar fonunda diqqət çəkir. Əliyevlə Paşinyanın görüşü haqda məlumatı Ermənistan mediası yazıb. Mümkündür ki, görüş MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində baş tutsun.