İranlı nazir: “Lazım deyil bizim taleyimizi həll etsinlər"

İranlı nazir:  “Lazım deyil bizim taleyimizi həll etsinlər" backend

“Region ölkələri öz problemlərini həll edə bilərlər”.

Qaziler.az “Report”a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında deyib.

“Hər hansı regiondan xaric ölkənin müdaxiləsinə ehtiyac yoxdur. Lazım deyil ki, biz regiondan kənar ölkələrdən istəyək ki, bizim taleyimizi həll etsin, problemlərimizi çözsünlər. Onların bizim regionda hər hansı yeri ola bilməz. Region ölkələrinin problemi həll etmək üçün lazımı qədər iradələri var”, - o vurğulayıb.

Diaspora