Azərbaycan – İran münasibətləri: Yeni yol xəritəsi hazırlanır – RƏSMİ

Azərbaycan – İran münasibətləri: Yeni yol xəritəsi hazırlanır –  RƏSMİ backend

Noyabrın 28-də Aşqabadda keçirilmiş görüş hazırkı dövrdə ölkələrimiz arasında münasibətlərdə xüsusi önəm daşıyır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında əməkdaşlığa dair müqavilələr imzalanıb. Bugünkü görüşdə ikitərəfli əlaqələrin inkişafı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlı və digər mövzularda müzakirələr apardıq.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirilən görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Ölkələrimizin həyata keçirdikləri birgə layihələrdən söz açan nazir “Xudafərin” və “Qız qalası”, “Ordubad” su elektrik stansiyalarının inşasını, Astaraçay üzərində körpünün tikilməsini, İran-Azərbaycan-Rusiya dəhlizinin daha da təkmilləşdirilməsini, Neftçalada birgə avtomobil istehsalı zavodunun işə salınmasını misal gətirib.

C.Bayramov qeyd edib ki, İranda yeni hökumət formalaşdıqdan sonrakı bir neçə ay ərzində bir sıra yeni layihələr barədə konkret icraatlar var. Aşqabadda Türkmənistan qazının İran ərazisindən keçməsi barədə müqavilə buna nümunədir. Ən önəmlisi isə yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir.

Diaspora