Tehranda İran, Türkiyə və Rusiya liderlərinin Suriya ilə bağlı görüşü keçiriləcək

Tehranda İran, Türkiyə və Rusiya liderlərinin Suriya ilə bağlı görüşü keçiriləcək backend

İran, Türkiyə və Rusiya 2022-ci ilin fevral-mart aylarında Suriya məsələsi ilə bağlı Tehranda sammit keçirmək barədə razılıq əldə edib.

Apa-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı Nur-Sultanda Astana formatında keçirilən danışıqlar zamanı bildirib.

XİN rəsmisi görüş barədə razılığın əldə olunduğunu və pandemiya şəraitini nəzərə alaraq görüşün fevral-mart aylarında Tehranda baş tuta biləcəyini açıqlayıb.

İran, Türkiyə və Rusiya liderlərinin görüşündən öncə, hər üç ölkə XİN başçıları səviyyəsində toplantı keçirəcək.

“Astana formatında növbəti görüş isə İran, Türkiyə və Rusiya liderlərinin sammitindən bir neçə həftə sonra baş tuta bilər”, - deyə Əli Əsgər Hacı deyib.

Diaspora