Azərbaycan və İranın XİN başçıları əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və İranın XİN başçıları əməkdaşlığı müzakirə ediblər backend

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

Görüşün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin İslamabadda keçirilən toplantısı çərçivəsində baş tutduğu bildirlib.

Qeyd olunub ki, görüşdə tərəflər münasibətlərin inkişaf tendensiyasından məmnunluq ifadə ediblər. Həmçinin, iki ölkə arasında əməkdaşlıqla bağlı son proseslər diqqət mərkəzində olub.

Bununla yanaşı, Ceyhun Bayramov Hüseyn Əmirabdullahianı Bakıya dəvət edib.

loading...
Diaspora