Ermənistan Azərbaycanla dəmir yoluna bu qədər pul ayıracaq

Ermənistan Azərbaycanla dəmir yoluna bu qədər pul ayıracaq backend

Ermənistan hökuməti Arazdəyən - Culfa - Ordubad - Mehri - Horadiz dəmir yolunun 45 km-lik hissəsini bərpa etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bildirib.

“Ekspertlərin ilkin hesablamalarına görə, dəmir yolunun Ermənistan ərazisindən keçən hissələrinin bərpasının indikativ dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edəcək. Ermənistan ərazisindən keçən həmin hissənin uzunluğu ümumilikdə 45 km-ə yaxın olacaq, dəmir yolunun ümumi uzunluğu isə təqribən 340 km-dir”, - o deyib.

loading...
Diaspora