"Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçları Gəncə, Ağdam və Bərdədə - FOTO

"Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçları Gəncə, Ağdam və Bərdədə -  FOTO backend

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən gerçəkləşdirilən "Diaspor Gəncləri 1+1" layihəsinin iştirakçıları bu gün Gəncə şəhərində səfərdə olublar.

Dövlət Komitəsindən Qaziler.az-a verilən məlumata görə, onlar Gəncədə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmış ərazilərə baş çəkərək, terror qurbanlarını yad ediblər. Eyni zamanda İmamzadə kompleksini, Aleksandr Nevski rus-pravoslav kilsəsini və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Gəncədən Ağdama yollanan layihə iştirakçıları burada Ağdam Cümə məscidi, İmarət məqbərə-kompleksi və dağıdılmış Şəhidlər Xiyabanında erməni vəhşiliyinin izlərini öz gözləri ilə görüblər.

Daha sonra Bərdəyə gedən qonaqlar 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmış əraziyə baş çəkiblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi “Diaspor Gəncləri 1+1” layihəsinə start verib. 15-21 dekabr tarixlərində təşkil olunan layihəyə 9 fərqli ölkədən 18 nəfər iştirakçı qatılıb. İştirakçıların 9 nəfəri əcnəbi gənclər, digər 9 nəfər isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Yəni hər bir azərbaycanlı gənc özü ilə xaricdən bir nəfər gənc gətirib. Məqsəd ölkəmizin multikultural zənginliyini, eyni zamanda 30 illik işğal müddətində ermənilər tərəfindən törədilmiş vandalizm aktlarını, 44 günlük Vətən müharibəsi ərzində Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini və işğaldan sonra azad olunmuş ərazilərdə sürətlə davam edən yenidənqurma, bərpa-quruculuq prosesini qonaqlara göstərməkdir. Əcnəbi iştirakçılar öz ölkələrində geniş auditoriyası olan, ictimai- siyasi proseslərdə aktiv iştirak edən şəxslərdir.

loading...
Diaspora