Nikol Əliyevə Brüsseldə nə şikayət edib? - Mixaylov

Nikol Əliyevə Brüsseldə nə şikayət edib? -  Mixaylov backend

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüsseldə təkbətək görüşü ideyası ondan ibarət idi ki, Azərbaycan lideri bu fikirləri Paşinyana çatdıra bilsin: “Qonşu, nə əzab çəkirsiniz? Sizin torpaqlarınız heç kimə lazım deyil, ancaq bizim özümüzünküləri heç kimə vermək niyyətimiz yoxdur”.

Qaziler.az bildirir ki, bu fikirləri Axar.az-a açıqlamasında rusiyalı ekspert, hərbi mütəxəssis Yevgeni Mixaylov bildirib.

“Bütün bu görüşlər münasibətlərin yaxşılaşdırılması üçün, əlbəttə ki, faydalıdır və Azərbaycan Prezidenti dünyanın ən yaxşı diplomatlarından biri kimi həmişə yığılıb qalmış məsələlərin sülh yolu ilə həllinə tərəfdardır. Təəssüf ki, İrəvanda Əliyevin bu sülhsevər niyyətini uzun müddət zəiflik kimi başa düşürdülər. Azərbaycan isə vədlərə dözməyərək 44 gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş 20 faiz torpaqlarını necə qaytardığını bütün dünyaya nümayiş etdirdi.

Və budur... Hazırda yenə dialoq, yenə də İrəvan tərəfindən verilən vədlər. İrəvan artıq anlayır ki, bu vədlərin qarşısına Azərbaycan Ordusunun gücü çıxa bilər. Brüssel sammitində iştirak edən bütün ölkə liderləri çox inandırıcı idilər və Paşinyanın “manevr” etmək üçün imkanları qalmırdı”, - deyə həmsöhbətimiz qeyd edib.

Mixaylov bildirib ki, ən maraqlı danışıqlar təkbətək görüşlərdə baş verib:

“Paşinyan məqam tapan kimi Əliyevə şikayət etməkdən belə çəkinməyib: “Məni Ermənistanda çox sıxırlar”.

loading...
Diaspora