“Azərbaycanda “Ölsəm şəhid, qalsam qazi” prinsipi ilə mübarizəmiz davam edəcək” - Hulusi Akar

“Azərbaycanda “Ölsəm şəhid, qalsam qazi” prinsipi ilə mübarizəmiz davam edəcək” - Hulusi Akar backend

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Silahlı Qüvvələri ölkə daxilində və ölkəmizin hüdudlarından kənarda həm özünün, həm də dost və qardaşlarının təhlükəsizliyini, hüquqlarını, manafeyini qorumaqdadır”.

Apa-nın yerli bürosunun xəbərinə görə, bu fikirləri Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar Kayseridə mətbuata açıqlamasında bildirib.

 

H.Akar Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Liviyanın adını çəkərək bildirib ki, bu ölkələrdə Türkiyə ordusu yay-qış, gecə-gündüz bilmədən mübarizə aparır: “Bu mübarizəmiz “Ölsəm şəhid, qalsam qazi” prinsipi ilə davam edəcək”.

Nazir deyib ki, suverenliyi və müstəqilliyi naminə Türkiyə Cümhuriyyət tarixinin ən gərgin dövrünü yaşayır: “Sərhədlərimiz gərgin iş rejimində qorunur", deyə nazir vurğulayıb.

loading...
Diaspora