Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin son 18 ildə keçirdiyi görüşləri və bəyanatları toplu halında nəşr olunub.
“Bərabər yürüdük biz bu yollarda” adlı kitabın təqdimat mərasimində çıxış edən hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım Qarabağ zəfərinin əhəmiyyətindən danışıb. O, 44 günlük müharibənin bölgədəki son savaş olacağına ümid etdiyini bildirib.
Yıldırımın sözlərinə görə, hazırda Türkiyə və Azərbaycan Ermənistana dostluq əlini uzadıb. Onun firkincə, regionun gələcəyi də məhz bu əməkdaşlıqdan asılıdır. (oxu.az)
Mənbə: TRT