ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı qəbul edib.
“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə şuradan bildiriblər.
Məlumata görə, görüşdə tərəflər regional iqtisadi əmədaşlıq, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə dair geniş spektrli məsələləri müzakirə ediblər.