Brüsseldə Paşinyan çox hiyləgər plan hazırlamışdı

Brüsseldə Paşinyan çox hiyləgər plan hazırlamışdı backend

Brüsseldə keçirilən görüşdən sonra Avropa İttifaqı Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bəyanatla çıxış edərək, həm Bakı, həm də İrəvanın Moskvanın vasitəçiliyi 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli müvafiq sənədlərlə əldə edilmiş razılaşmaları yerinə yetirmək niyyətlərini təsdiqləyirlər.

Qaziler.az bildirir ki, bunu Axar.az-a müsahibəsində “PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov deyib.

“İki ağanın nökəri olmağa və Azərbaycandan qisas almağa çalışan Ermənistanın indiki rəhbərliyi üçün ən azı siyasi aspektdə Brüssel görüşü böyük əhəmiyyət kəsb edirdi. Lakin Azərbaycan rəhbərliyi üçün bu, daha çox Aİ-yə qarşı nəzakətin təzahürü, Bakının ardıcıl olaraq konstruktiv dialoqa və İrəvanla münasibətlərdə qarşıdurmadan sülhə, mehriban qonşuluğa və müxtəlif sahələrdə əməkdaşlığa keçidin tərəfdarı olduğunun təsdiqi idi”, - deyə həmsöhbətimiz qeyd edib.

Brüssel sammiti zamanı Ermənistan parlamentində şou təşkil edən erməni deputatların təxribat mövzusuna toxunan ekspert vurğulayıb ki, bu gün Ermənistan Milli Məclisində baş verənlərə baxanda bir şey görünə bilər - hətta Paşinyanın partiyası belə onun əleyhinədir:

“Nikol Paşinyan ölkədəki vəziyyətə nəzarət edə bilmir. Bununla belə, bütün elementlər əvvəlcədən hazırlanmış tamaşaya bənzəyir, burada Paşinyan “yaxşı polis”, deputatlar isə “pis”dir. Ssenari müəlliflərinin və rejissorlarının planına uyğun olaraq bu gün təşkil olunan şou rəsmi İrəvana Bakı ilə imzalanmış sənədlər çərçivəsində öz öhdəliklərini bundan sonra da yerinə yetirməməyə imkan verməlidir. Lakin Paşinyan və komandası sözün əsl mənasında odla oynayır. Bakının da səbri hədsiz deyil - artıq 2020-ci ilin payızında bunu nümayiş etdirib. Əgər Nikol Paşinyan xoş münasibət istəmirsə, o zaman İlham Əliyevin pis münasibətini də görə bilər”, - deyə Arkov bildirib.

loading...
Diaspora