Ermənistanda siyasi mübarizə kəskinləşir: Şəhər meri saxlanıldı

Ermənistanda siyasi mübarizə kəskinləşir:  Şəhər meri saxlanıldı backend

Ermənistanda daxili siyasi mübarizə getdikcə daha da kəskinləşir.

Hakim “Vətəndaş sazişi” partiyası ölkənin üçüncü ən böyük şəhəri olan Vanadzorda (Qarakilsə) mer seçkilərindəki məğlubiyyətilə heç cür barışa bilmir.

Belə ki, dekabrın 5-də keçirilmiş seçkilərdə qalib gələn şəhər başçısı Mamikon Aslanyan saxlanılaraq ölkənin İstintaq Komitəsinə aparılıb. Bu barədə qurumun mətbuat katibi Vardan Tadevosyan məlumat verib.

Aslanyan vəzifə səlahiyyətlərindən sui-istifadə, şəxsi məqsədlər üçün vəzifə saxtakarlığı və bir sıra digər ictimai təhlükəli cinayətlər törətməkdə ittiham olunur.

Araşdırma zamanı Aslanyanın bir sıra torpaq sahələrinin istifadə təyinatını dəyişməsi faktları aşkar edilib. O, icma torpaqlarının təyinatını enerji, rabitə və kommunal infrastruktur üçün tikinti sahələri olaraq dəyişdirib.

Mənbə: “Sputnik Armenia”

Diaspora