ABŞ Dövlət katibi Entoni Blinken Türkiyə və Ermənistanın qarşılıqlı olaraq xüsusi nümayəndələrin təyinatı xəbərinə münasibət bildirib.
Apa-nın xəbərinə görə, bununla bağlı Entoni Blinken "Twitter"də paylaşım edib.
“Biz Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Ermənistan Xarici İşlər Nazirliyinin normallaşma prosesini müzakirə etmək üçün xüsusi nümayəndələrin təyin edilməsi ilə bağlı bəyanatlarını alqışlayır və qətiyyətlə dəstəkləyirik”, - ABŞ dövlət katibi bildirib.