“Bu adam hələ 1998-ci ildən Ermənistanda Azərbaycanın istəklərini yayıb, türklər və azərbaycanlılar ilə yaxınlığı təbliğ edib, bizi şanslılar hesab edib”.
Qaziler.az Ordu.az-a istinadla xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Qazinyan yazıb.
O, Paşinyanın 1998-ci ildə “Molorak” qəzetində dərc edilmiş məqaləsini paylaşıb.
“Bu, Nikol Paşinyanın 1998-ci ildə “Molorak” qəzetində yazdığı məqalədir. Bu adam hələ 1998-ci ildən Ermənistanda Azərbaycanın istəklərini yayıb, türklər və azərbaycanlılar ilə yaxınlığı təbliğ edib, bizi şanslılar hesab edib. O, məqaləni aşağıdakı sətirlərlə bitirir: “Yanvarın 20-də Bakıda 1990-cı illərin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”. Azərbaycan təsirinin əsl agentini aşkara çıxarın...”, - deyə Qazinyan bildirib.