Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, Baş nazir Nikol Paşinyanın qaynı Hraçya Akopyan parlament binasında bu yaxınlarda baş vermiş davadan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.
Qaziler.az Yenisabah.az-a istinadla xəbər verir kİ, bu məlumatı “Sputnik Ermənistan”a Akopyan özü təsdiqləyib.
“Bəli, məni Milli Təhlükəsizlik Xidmətinə çağırdılar və müvafiq izahatlar verdim. Bu, iki gün əvvəl olub”, - deyə Paşinyanın qaynı bildirib.
Deputat güc strukturuna hansı statusda - şahid, yoxsa şübhəli şəxs kimi çağırıldığını açıqlamayıb.