Sabah İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcək

Sabah İlham Əliyev və Paşinyan Brüsseldə görüşəcək backend

Sabah - dekabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.

Qaziler.az xəbər verir ki, məlumatı TASS yayıb.

Görüş “Şərq Tərəfdaşlığı” proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tuatcaq.

Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq.

Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq.

Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.

loading...
Diaspora