Almaniyada Heydər Əliyevin anım günü münasibətilə boks yarışı keçirilib

Almaniyada Heydər Əliyevin anım günü münasibətilə boks yarışı keçirilib backend

Almaniyanın Maqdeburq şəhərində görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar boks üzrə yoldaşlıq yarışı təşkil edilib.

Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun təşəbbüsü və təşkilatçılığı ilə baş tutan yoldaşlıq yarışında digər idman klublarının müxtəlif millətlərdən olan boksçuları iştirak ediblər.

Yarışdan öncə peşəkar boks üzrə Avropa və dünya çempionu Azad Əzizov çıxış edərək, dahi şəxsiyyətin müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində, inkişafında və beynəlxalq nüfuzunun artırılmasında misilsiz xidmətlər göstərdiyi, ölkəmizin taleyüklü məsələlərində siyasi qətiyyət nümayiş etdirdiyi, bütün peşəkar insanlara, o cümlədən idmançılara xüsusi diqqət və qayğı ilə yanaşdığı barədə ətraflı məlumat verib.

Tədbir peşəkar boksçular Bəxtiyar İsgəndərzadə, Daniel Opitz, Muhammed İniyev, Stanislav Yemelianov və qırğısıztanlı Boris Şminskinin rinqdə çıxışları ilə davam edib.

loading...
Diaspora