Erməni hərbi ekspert təşvişdə: “Azərbaycan əslində hücum xarakterli hərbi təlimlərə başlayıb”

Erməni hərbi ekspert təşvişdə:  “Azərbaycan əslində hücum xarakterli hərbi təlimlərə başlayıb” backend

"Azərbaycan Kəlbəcərdə hərbi təlimlərə başlayıb".

Qaziler.az Ordu.az-a istinadla xəbər verir ki, erməni hərbi ekspert Karen Hovhannisyan bu hərbi təlimlərin hücum xarakteri daşıdığını bildirib.

Onun sözlərinə görə, belə çıxır ki, Azərbaycan əslində hücum xarakterli hərbi təlimlərə başlayıb.

“Beləliklə, hərbi təlimlərin keçirilməsi və bu ərazidə rəqibin aktivləşməsi bir-biri ilə qarşılıqlı şəkildə əlaqəlidir”, - deyə Hovhannisyan qeyd edib.

Erməni hərbi ekspert iddia edib ki, Azərbaycan bu dəfə hərbi təlimlərlə bağlı səs-küylü bəyanatlar səsləndirməyib, çünki Kəlbəcər ərazisində nə edilə biləcəyini anlamağa çalışır.

loading...
Diaspora