Türk general Qarabağdakı Monitorinq Mərkəzinə getdi - FOTO

Türk general Qarabağdakı Monitorinq Mərkəzinə getdi -  FOTO backend

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi, briqada generalı Zəkəriyyə Yalçın işğaldan azad edilmiş torpaqlarda atəşkəsin qorunub saxlanılması üçün Türkiyə ilə Rusiya arasında 11.11.2020-ci il tarixdə imzalanmış müqaviləyə uyğun yaradılmış “Birgə Monitorinq Mərkəzi”nə baş çəkiblər.

Qaziler.az xəbər verir ki, bu barədə səfir öz tviter hesabında yazıb.

Mərkəzin fəaliyyəti barədə türkiyəli rəsmilərə məlumat verilib.

Diaspora