"Ermənistanda, demək olar ki, hamı Rusiyaya və bu ölkə ilə bağlı hər şeyə nifrət edir. Polislərinin arağı rüşvət kimi götürdüyü bir ölkə (ötən gün Rusiyada bir polis rüşvət olaraq aldığı arağa görə saxlanılıb – red.) bu gün özünü super dövlət kimi göstərmək istəyir".
Axar.az xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Qalust Qriqoryan bölüşüb.
“Ermənistanın Qərbin timsalında əsl müttəfiqi var. Onlara biz lazımıq, bizə isə onlar. Qərb artıq başa düşdü ki, biz Rusiyadan bezmişik. Müvafiq olaraq, Qərb üçün Rusiyanı həm siyasi, həm də iqtisadi baxımdan neytrallaşdırmaq şərəf işidir. Onların valyutasının hansı sürətlə ucuzlaşdığına fikir versək, deyə bilərik ki, bu proses artıq start götürüb. Ermənistana qarşı xəyanətin qiyməti belə olacaq”, - deyə erməni analitik bildirib.