Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi Şurasına dəvət edib

Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi Şurasına dəvət edib backend

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqı Şurasının iclasında Azərbaycanın quruma müşahidəçi qismində dəvət olunmasını təklif edib.


Nursultan Nazarbayev iclasda Şuranın fəxri sədri kimi iştirak edib.


"Mən Ermənistanla Azərbaycan arasında uzun illər davam edən fikir ayrılığından sonra münasibətlərin qurulmasını ürəkdən alqışlayıram. Hesab edirəm ki, hamımız belə düşünürük", - o deyib.


Nazarbayevin sözlərinə görə, artıq müşahidəçi kimi qoşulmuş Özbəkistanın nümunəsi var:


“Məncə, Özbəkistan Respublikası bundan çox şey qazanıb”.


Qeyd edək ki, görüş videobağlantı formatında keçirilib.


Avrasiya İttifaqı Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın daxil olduğu iqtisadi inteqrasiya üzrə beynəlxalq təşkilatdır. Moldova, Özbəkistan və Kuba qurumda müşahidəçi dövlət statusuna malikdir. (modern.az)

loading...
Diaspora