Rusiya Bakı və İrəvandan tezliklə delimitasiya komissiyasının yaradılmasını gözləyir

Rusiya Bakı və İrəvandan tezliklə delimitasiya komissiyasının yaradılmasını gözləyir backend

Rusiya həm Bakı, həm də İrəvanla təmasdadır. Biz sərhəd mübahisələrinin həlli, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzərində ardıcıl işləyirik.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Tərəflərin xahişinə əsasən Rusiyanın məsləhətçi yardımı ilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində işin aparılması vacibdir. Rusiya delimitasiya və demarkasiya ilə bağlı iki ölkənin nümayəndə heyətlərinin tezliklə formalaşmasını gözləyir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

M. Zaxarova qeyd edib ki, üçtərəfli işçi qrupu çərçivəsində regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması istiqamətində səylər davam edir.

Diaspora